Moskvanın Çonqarski bulvarında yaşayış binalarından mənzillərin birində kişi skeleti aşkar edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, skletin 6 aydan cox müddətdə divanda oturub televizora baxdığı deyilir. Məsələ bundadır ki, 2023-cü il sentyabrın 27-dək bu mənzilin kilidi sındırılana qədər onun varlığından heç kimin xəbəri olmayıb.
Deyilənə görə, mənzildə 1943-cü il təvəllüdlü mənzil sahibinin skeleti tapılıb. Bundan əlavə skletdə(?) heç bir zorakılıqla ölüm izi aşkar edilməyib.
Hazırda naməlum kişinin cəsədinin qalıqları tədqiq edilir və ölüm səbəbinin müəyyənləşdirilir.
İndiyə qədər yalnız bir şey məlumdur: zorakı ölüm əlaməti tapılmayıb.
...Amma maraqlıdır ki, nədənsə skletin baxdığı televizorla bağlı heç nə deyilmir. Deyirəm əgər rus istehsalıdırsa..?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB