Rusiya regionunda göbələk yeyən 13 yaşlı qız ölüb

Rusiya regionunda göbələk yeyən 13 yaşlı qız ölüb

Çelyabinsk vilayətində ana və yeniyetmə qızı evdə göbələk yedikdən sonra… həkim yanına gediblər.

Amma həkimlər uşağın həyatını xilas edə bilməyiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hər şey Rosa kəndində baş verib. 13 yaşlı məktəbli zəhərlənmə ilə tibb müəssisəsinə aparılıb. Həkimlər zərərçəkmişdə bədənin yüksək dərəcədə intoksikasiya olduğunu aşkar ediblər.

Mərhum məktəblinin anasının sözlərinə görə, qızı ilə göbələk yeməyi yedikdən sonra özünü pis hiss edib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Başqırdıstanda beş təqaüdçünün meşədən göbələk yığıb yediyi və nəticədə xəstəxanaya düşdükləri bildirilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə