Bakının mərkəzində iri gövdəli ağac aşıb - FOTO

Bakının mərkəzində iri gövdəli ağac aşıb - FOTO

Bakının Səbail rayonunda iri gövdəli ağac aşıb. SİA xəbər verir ki, hadisə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında baş verib.

Aşan ağac elektrik dirəyini və bir “Toyota Prado” markalı avtomobili zədələyib.

Əraziyə polis əməkdaşları gəliblər. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, birliyin əməkdaşları tərəfindən operativ olaraq müdaxilə edilib, aşan ağac ərazidən götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə