Axtarışda olan şəxs bank hesabından oğurluq edib

Axtarışda olan şəxs bank hesabından oğurluq edib

Sumqayıtda axtarışda olan şəxs tutulub.

DİN-dən SİA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Emin Həsənov saxlanılıb.

Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3775 manat oğurlaması da müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə