AMEA törədilmiş terror aktını şiddətlə qınayır

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və Akademiyanın kollektivi bu gün ölkəmizin Tehrandakı səfirliyində törədilmiş terror aktını şiddətlə qınayır. SİA xəbər verir ki, terror hadisəsinin qarşısını alarkən qəhrəmancasına həlak olmuş səfirliyimizin əməkdaşı baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Azərbaycan alimləri hər zaman dövlətimizin yanındadır və diplomatlarımızla həmrəydir.

Bütün xəbərlər Facebook səhifəmizdə