Bakıda restoran yanıb

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 370 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, yüksək temperaturdan obyektin lambirdən ibarət tavanı 100 m² sahədə əriyib. Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə