Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb. SİA xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "Soyuq bulaq" deyilən ərazidə qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı maşın toqquşub. Nəticədə "Niva"nın sürücüsü - Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB