46 yaşlı kişi küçədə qətlə yetirildi

Sumqayıtda 46 yaşlı kişi küçədə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya bildirilib ki, hadisə noyabrın 30-da saat 10:00 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində baş verib. 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə