Sabah Ağdərənin 4 kəndinə ilk köç olacaq

Sabah Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç olacaq.

SİA-nın məlumatına görə, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndlərə yola salınacaq.

Xatırladaq ki, 1993-cü ildə işğal olunan kəndlər 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antitteror əməliyyatı nəticəsində azad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə