"Havanın dəyişkən olması, tez-tez dəyişməsi, soyuması, isinməsi və s. insanlara təsir göstərə bilir, amma bu, daha çox xarakterə bağlı və psixi durumumuza bağlı olan bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, əgər bizim xarakterimiz introvertdirsə, havanın soyması bizə mənfi təsir göstərə bilir, amma bəzi yaradıcı insanlarda bu, müsbət kimi də göstərə bilir özünü: "Bəzən isə daha romantik havanı sevirlər, ekstravert insanlar, amma günəşli havaya daha çox vurğun olurlar və onda özlərini daha gümrah hiss edirlər. Bəzən də psixi durumumuzda müəyyən dəyişikliklər olur. Məsələn, depressiyada ola bilirik, hər hansı bir problemlərimiz ola bilir, psixi problemlərimiz, sarsıntılarımız ola bilir, fobik tutmalarımız ola bilir və belə olan halda havanın dəyişimi bizə birbaşa təsir göstərir. Hava çox soyuyanda biz də özümüzə qapanırıq. Hava isti olanda, insanlar bayırda olanda, şənlənəndə, biz də şənlənirik. Düşünürəm ki, insanın havaya bağlı, ümumiyyətlə, nəyəsə bağlı olmamalıdır psixologiyası. İnsan özü üzərində o qədər profilaktik işləməlidir ki, hava dəyişdi, biz dəyişək, olmamalıdır. Hər havaya hazır olmalıyıq, hər dəyişimə hazır olmalıyıq. Mütləq də burada psixoloji dəstək önəmlidir, önəmi böyükdür".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB