“Bunu Cənubi Qafqazda sülhün əsas meyarı kimi dəyərləndirə bilərik” - ŞƏRH EDİLDİ
“Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda yeni münasibətlər sistemini formalaşdırır və eyni zamanda alternativlər yaradır. Bgün Bakı-Tbilisi-Qars dəmir yolu xətti Cənubi Qafqazın iqtisadi yüksəlişi üçün əsas nəqliyyat imkanlarını yaradırsa, Zəngəzur dəhlizi həm də nəqliyyat yollarının şaxələndirilməsini və alternativlərin yaranmasını təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Ermənistan–Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə isə Rusiyanın dəmir yollarına çıxış əldə edilir:
“Beləliklə, Cənubi Qafqazın iki mühüm geosiyasi aktoru olan İran ilə Rusiya Cənubi Qafqazda əməkdaşlıq mərhələsinə qədəm qoyur.
Baxmayaraq ki, Şimal–Cənub nəqliyyat dəhlizi mövcuddur və onun genişləndirilməsi ilə bağlı da müsbət addımlar atılmaqdadır, lakin Zəngəzur dəhlizi Şərq–Qərb nəqliyyat marşrutunun əsas seqmentlərindən birini təşkil edir və Naxçıvan Muxtar Respublikası blokadadan azad olunur, qardaş Türkiyə ilə avtomobil və dəmir yolu əlaqəsi təmin edilir. Digər tərəfdən Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa marşrutu üzrə nəqliyyat bağlantıları daha da dərinləşir. Beləliklə, gördüyümüz kimi, Şərqdən Qərbə, Şimaldan Cənuba doğru Zəngəzur dəhlizi böyük coğrafiyaları birləşdirir və eyni zamanda biz Zəngəzur dəhlizini Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin əsas meyarı kimi də dəyərləndirə bilərik. Çünki iqtisadi əməkdaşlıq qurulduqda, bu istər-istəməz sülh prosesini, anlaşmanı, etimadı, dayanıqlı sabitliyi də özü ilə bərabər gətirir.
Ona görə də düşünürəm ki, cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsi zamanı söylədiyi kimi, böyük əməkdaşlıq trayektoriyası üzrə münasibətlər Cənubi Qafqazda birləşir, böyüyür və daha da inkişaf edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB