"Maduro məsələsi beynəlxalq mübahisəyə çevrilib" - ŞƏRH

"Amerika Birləşmiş Ştatlarının Venesuela prezidentini həbs etməsi, təbii ki, mübahisə doğuran bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, böyük dövlətlər, xüsusilə ABŞ, strateji və geosiyasi maraqlarını beynəlxalq hüquqdan üstün tutaraq belə addımlar atır: "ABŞ rəhbərliyi Maduroya legitim lider kimi baxmır və onun hakimiyyətini saxta hesab edərək bu əməliyyata əl atıb. Xalqın bir qismi onun həbs olunmasına dəstək verir və yürüşlər keçirir ki, bu da ABŞ-ın müəyyən mövqelərinin haqlı olduğunu göstərir.

Amma, təbii ki, onun məhkəməsi və digər proseslər Venesuela qanunlarına uyğun olaraq ölkənin öz ərazisində keçirilməlidir, nəinki ABŞ-da.
Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu hadisəni pisləyib və ABŞ-ın belə addımlarına qarşı yalnız bəyanat səviyyəsində etiraz edib.

Rusiyanın Qərb Amerikası regionunda siyasi və iqtisadi maraqlarına bu hadisə böyük təsir göstərib və Moskva bu məsələyə müxtəlif yanaşmalarla reaksiya verib. Ukrayna və Venesuela məsələlərində paralellik olduğunu düşünmürəm. Ukraynada Moskvanın faktiki işğal və ərazi bütövlüyünü məhv etmək cəhdi var ki, bu da Venesueladakı hadisədən tamamilə fərqlidir. Burada Rusiyanın maraqları daha çox öz geosiyasi təsirini qorumağa yönəlib".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə