"Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biridir" -ŞƏRH EDİLDİ

Qeyd etmək lazımdır ki, Ulu Öndərin əsasını qoyduğu siyasəti Cənab Prezidentin davam etdirdiyi müdrik və uzaqgörən yanaşma nəticəsində, bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin əsas mərkəzlərindən və məkanlarından birinə çevrilir. Bu anlamda biz prosesə baxanda, biz onu görə bilirik ki, Azərbaycan bu istiqamətdə davamlı olaraq bir siyasət həyata keçir və müxtəlif addımları atır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan dünya üçün bir unikal nümunədir: "Azərbaycanda təhsil, müsəlmanların, eyni zamanda həm xristiyanların, həm yəhudilərin bayramlarının keçirilməsi bir çox baxımdan və bir çox ümumilikdə nəzərdən əhəmiyyət kəsb edir. Bu mənada hesab edirəm ki, Cənab Prezidentin Milad bayramı münasibətilə ölkəmizin pravoslav icmasına müraciət ünvanlaması və kilsələrimizdə bu cür ayinlərin, mərasimlərin keçirilməsi milli birliyin möhkəmləndirilməsi baxımından və Azərbaycan həqiqətlərinin tanıdılması baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Biz deyə bilərik ki, bu addımlar, bu səylər çox yüksək qiymətləndirilməlidir və dövlətimizin bu sahəyə ciddi bir dəstək kimi qəbul edilməlidir. Yəni, bu gün ümumiyyətlə, müxtəlif ölkələrin səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələrinin ən çox qeyd etdiyi məsələlərdən biri odur ki, bu gün Azərbaycanın xaricə ixrac edə biləcəyi mənəvi sərvətlərdən biri ölkəmizdəki tolerantlıq, multikulturalizm ənənələridir. Və onların tanıdılmasıdır, onların çatdırılmasıdır, onların təbliğidir. Və bu istiqamətdə dövlətimizin həyata keçirdiyi tədbirlərdir. Bu cür tədbirlər, bu cür addımlar çox yüksək qeyd olunmalıdır və yüksək qiymətləndirilməlidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə