"Bunlar humanitar səylərə böyük maneə törədir" - BMT-dən Qəzza açıqlaması

"Yanacaq çatışmazlığı və yolların bağlı qalması Qəzzada humanitar səylərə böyük maneə törədir." SİA xəbər verir ki, bu fikirlər BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Mərkəzinin (UNOCHA) bəyanatında yer alır.

Bəyanatda qeyd olunur ki, yanacaq yüklərinin çatdırılması bərpa olunsa da, onların təyinat yerinə çatmasında əngəllərin qalması, yollarda sıxlıq və saxlanma yerlərinin azlığı xərcləri artırır. Nəticədə yardımlar gecikir. Bildirilir ki, BMT tərəfdaşları 2023-cü ilin oktyabrından sonra ilk dəfə olaraq aylıq ərzaq paylarının verilməsinə yenidən başlayıblar. Ərzaq 100 min nəfərə təhvil verilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə