Trampın sərəncamına əsasən, ABŞ-ın bütün federal agentlikləri BMT-nin 31 qurumu və BMT-yə daxil olmayan 35 qurumda iştirakını və maliyyələşdirməsini dayandırmalıdır. Prezident Donald Tramp ABŞ federal qurumlarına 66 beynəlxalq təşkilatdan çıxmağı əmr edən fərman imzalayıb. SİA bu barədə Ağ Evin məlumatına istinadən xəbər yayıb.
Saytın məlumatına görə, qərar bu təşkilatlarda iştirakın artıq Amerikanın maraqlarına xidmət etmədiyi arqumentinə əsaslanır. “Bu gün prezident Donald Tramp ABŞ-ın artıq Amerikanın maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxmasını yönləndirən Prezident Memorandumunu imzalayıb”, - deyə məlumatda bildirilir.
Amerika liderinin sərəncamına uyğun olaraq, ABŞ-ın bütün federal qurumları BMT-nin 31 qurumu və 35 qeyri-BMT qurumunda iştirakını və maliyyələşdirməsini dayandırmalıdır. Sənəddə bildirilir ki, bu, prezident administrasiyasının fikrincə, qlobalist ideyaları ABŞ-ın milli maraqlarından üstün tutan, ABŞ-ın müstəqilliyinə xələl gətirən və vergi ödəyicilərinin pullarını israf edən təşkilatların maliyyələşdirilməsinə son qoyulması istiqamətində atılan addımdır. Memorandumda vurğulanır ki, bu qurumların bir çoxu radikal iqlim proqramlarını və digər ideoloji təşəbbüsləri real nəticələr vermədən təşviq edir.
Qərar Amerika vətəndaşlarının pullarına qənaət etmək və resursları “Birinci Amerika” siyasətinin prioritetlərinə yönəltmək məqsədi daşıyır. ABŞ-ın çıxmalı olduğu təşkilatların siyahısına BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Demokratiya Fondu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, BMT-nin Əhali Fondu və Ukraynadakı Elm və Texnologiya Mərkəzi daxildir.
Xatırladaq ki, Tramp bundan əvvəl bu il yanvarın 22-dən qüvvəyə minən Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq haqqında sərəncam imzalamışdı. Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp bütün xarici maliyyə yardımı proqramlarını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb. Bu müddət ərzində həmin proqramların dövlətin siyasi məqsədlərinə uyğunluğu yoxlanılacaq.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB