MSK daha bir məntəqənin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədlər - Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb. SİA-nın xəbərinə görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, namizəd müraciətində səsvermə günü dairə pozuntuların olduğunu iddia edib. Qeyd olunub ki, araşdırma zamanı sözügedən dairənin 20 saylı seçki məntəqəsində keçirilən səsvermənin seçicilərin iradəsini özündə əks etdirmədiyi məlum olub. Komissiya 20 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...