MSK daha 4 məntəqənin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd olunub ki, həmin dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra məlum olub. İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...