Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb. SİA xəbər verir ki, MSK katibi Arifə Muxtarova 99 saylı Şəmkir kənd, 27 saylı Sabunçu ikinci və 121 saylı Laçın seçki dairələri üzrə daxil olmuş şikayətlərin aidiyyəti üzrə DSK-lara göndərilməli olduğunu bildirib.

MSK həmin şikayətlərin müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə