Mingəçevirdə 3, Ağdaş seçki dairəsində 2 məntəqədə nəticələr ləğv edilib

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasında 47 saylı Mingəçevir şəhər seçki dairəsi ilə bağlı bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib. SİA-nın məlumatına görə, MSK üzvü Baxşeyş Əsgərov bildirib ki, Mingəçevir seçki dairəsi üzrə daxil olan müraciətdə bir sıra seçki məntəqələrində pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv ediməsi xahiş ediib.

B.Əsgərov bildirib ki, araşdırma zamanı 9, 17 və 21 saylı seçki məntəqlərində seçicilərin iradəsinə təsir edcək hallar aşkar edilib. O, həmin seçki məntəqələrində səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib.

MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə iki məntəqədə də seçkilərin nəticələrini ləğv edib. MSK üzvü Qabil Orucov bildirib ki, Ağsaş seçki dairəsi üzrə daxil olan müraciətdə həmin dairə üzrə səsvermə zamanı pozuntuların olduğu qeyd olunub və səsvermənin nəticələrinin ləğv ediməsi xahiş ediib.

Q.Orucov bildirib ki, araşdırma zamanı yalnız 6 və 7 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyn etməyə imkan verməyən hallar qeyd olunub. Q.Orucov həmin seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib.

Təkliflər səsə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə