Bəzi namizədlər bilərkdən xoşagəlməz hallara yol verir - Məzahir Pənahov

"Bəzi namizədlər bilərkdən xoşagəlməz hallara yol verir". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bidirib ki, bəzi namizədlər istəyir ki, MSK qanunvericiliyi pozub bunların istədiyini etsin: "Namizəd tələb edir ki, onun müraciəti ilə bağlı Mərkəzi Seçki Komissiyasının rəyini iclasdan əvvəl ona verək, ancaq qanunvericilikdə belə bir müddəa yoxdur. Ancaq namizəd bunun bilə-bilə səs-küy salmağa çalışır. Belə yollara düşmək lazım deyil".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə