MSK daha beş məntəqədə seçkilərin nəticələrini ləğv edib -AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 79 saylı İmişli Seçki dairəsindən namizədlər - Hüseynli İlqar, Fərzəliyev Muradın və Əkbərli İltizam şikayətinə baxılıb. SİA-nın məlumatına görə, MSK sədri Bəxşeys Əsgərov iclasda bildirib ki, müraciətlərdə çoxlu sayda videogörünülər, protokollar, aktlar MSK-ya təqdim edilib: Araşdırma zamanı hər iki namizəd MSK-da olub. Gecə saatlarına qədər biz onlarla araşdırmanı aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermə seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Fərzəliyev Murad isə 43 seçki məntəqəsindən 37-dən protokolları əldə edə bilib. F. Murad şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb. 14, 16, 21, 23, 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...