123 saylı Kəlbəcər Seçki dairəsindən qeydə alınmış namizəd- Əziz Qənbərovun şikayətinə baxılıb -AÇIQLAMA

MSK-nın bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki dairəsindən qeydə alınmış namizəd- Əziz Qənbərovun şikayətinə baxılıb. SİA-nın məlumatına görə, bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. T. Həsənov bildirib ki, şikayətçi seçki bülletenləri topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində qeyd edib: "Şikayətçinin müraciəti araşdırılmış və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb". MSK-nın iclasında 123 saylı seçki dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...