Seçkilərlə bağlı bütün müraciətlərə ciddi şəkildə baxılacaq – Məzahir Pənahov -AÇIQLAMA

Şikayətçi şikayəti göndərəndən sonra əlinə hansısa material keçərsə, bunu MSK-ya təqdim edə bilər. SİA-nın məluatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyb. M.Pənahov bildirib ki, MSK bütün şikayətləri ciddi şəkildə araşdırır: "Hətta şikayətçi bizə ünvanladığı şikayətdən sonra da əlinə material keçərsə, bunu bizə təqdim etsin. Bizim hələ vaxtımız var. Bütün şikayətlərə ciddi şəkildə baxılacaq və müvafiq qərar qəbul ediləcək"

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə