"Bu, nəticələrə təsir görtərməyəcək" - AÇIQLAMA

"Sosial şəbəkələrdə pozuntularla bağlı yayılan videogörüntülərin çəkildiyi bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də, bu seçkilərin nəticəsində heç bir təsir göstəmir". SİA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, bu videogörüntürlər təqribən 3 faiz seçki məntəqələrində qeydə alınıb: "Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...