MSK 7 məntəqə üzrə səsvermənin nəticələrini ləğv edib - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 34 saylı Xətai üçüncü seçki dairəsi üzrə müraciətə baxılıb. SİA-nın məlumatna görə, iclasda bildirilib müraciətdə seçkilər zamanı pozuntulara yol verildiyi bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar zamanı şikayət qismən təsdiqini tapıb. MSK üzvü İlkin Şahbazov həmin dairə üzrə 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...