Seçkilərlə bağlı 220-dən artıq video görüntü araşdırılıb - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının nəzdində faəliyyət göstərən Mətbuat qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb. Q.Orucovun sözlərinə görə, 220-dən artıq vieogörüntünün araşdırılması başa çatıb: "Bu görüntülər ümumilikdə 30 dairəni 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə