"Ciddi pozuntulara yol verən məntəqə seçki komissiyaları buraxılacaq" – Məzahir Pənahov

"Ciddi pozuntulara yol verən məntəqə seçki komissiyaları buraxılacaq". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov məntəqələrdə baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib. O bildirib ki, MSK məntəqələrdə baş verən pozuntularla bağlı müraciətlər olursa, biz cavab verməyə məcburuq: "Ona görə də məntəqələrdə baş verən pozuntuların ictimailəşdirilməsində xidməti olanlar bizim köməkçilərimizdir. Mən bu işdə əməyi keçənlərə "çox sağ ol" deyirəm. Eyni zamanda bu pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq. Məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir. Səsverməni bir saniyə belə dayandırmğa hətta bizim də hüququmuz yoxdur. Amma eyni zamanda müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar".

MSK sədri vətəndaşlara növbəti dəfə müraciət edib: "Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə