MSK daha 26 seçki dairəsi ilə bağlı müraciətləri DSK-lara göndərdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətə baxılıb. SİA-nın məlumatına görə, həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 63 saylı Sabirabad birinci seçki dairəsi, 47 saylı Mingəçevir seçki dairəsi, 31 saylı Suraxanı ikinci seçki dairəsi, 16 saylı Yasamal ikinci seçki dairəsi, 60 saylı Salyan-Neftçala seçki dairəsi, 107 saylı Qazax seçki dairəsi, 18 saylı Nərimanov-Nizami, 84 saylı Füzuli seçki dairəsi, 17 saylı Yasamal üçüncü seçki dairəsi, 31 saylı Suraxanı seçki dairəsi, 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 112 saylı Qax seçki dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi, 32 saylı Suraxanı üçüncü seçki dairəsi, 82 saylı Ağcəbədi seçki dairəsi, 25 saylı Nizami ikinci seçki dairəsi, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi, 57 saylı Kürdəmir seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 46 saylı Şirvan seçki dairəsi üzrə müraciətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...