Dövlət qulluğuna hazırlıq üçün ən mükəmməl seçim UĞUR YOLUNDA - FOTO - VİDEO

Dövlət qulluğuna hazırlıq üçün ən mükəmməl seçim UĞUR YOLUNDA - FOTO - VİDEO

Qanunvericilik üzrə tanınmış və peşəkar mütəxəssis Əsəd Rüstəmlinin həyata keçirdiyi təlim-seminarlar dövlət qulluğu istiqamətində uğurlu karyera qurmaq istəyində olan gənclər üçün ən mükəmməl seçimdir

Ölkəmizdə yeni və gənc kadrların müxtəlif dövlət qulluqlarına hazırlıq prosesi öz uğurlu nəticələri ilə yadda qalır. Lakin daha bir fakt budur ki, yeni qanunvericiliyə görə dövlət qulluğu ilə bağlı imtahan prosesləri daha da çətinləşdirilib və bunun əsas məqsədi hazırlanan gələcək kadrların fəaliyyət göstərəcəkləri dövlət müəssisələrində daha müfəssəl, daha səlis iş qabiliyyətlərinə malik olmaq marağıdır. Bu baxımdan, ali təhsil müəssisələrini bitirən gənclər arzuladıqları müxtəlif və bir çox sahələri əhatə edən dövlət qulluğu istiqamətindəki bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün müvafiq hazırlıq kurslarına, habelə seminarlar və təlimlərə baş vururlar.

SİA xəbər verir ki, belə kurslardan biri də Qanunvericilik üzrə tanınmış və peşəkar mütəxəssis Əsəd Rüstəmlinin həyata keçirdiyi seminarlardır. Məhz onun rəhbərliyi ilə keçirilən təlimlərdə iştirak edən gənclər sonrakı müddət ərzində və qısa zamanda iş karyeralarında uğurlara imza atırlar. Əsəd Rüstəmli seminar iştirakçıları ilə iş, təhsil və sosial həyatın, eləcə də qanunvericilik faktorlarının bütün incəliklərini dərin bilikləri ilə müzakirə edir, bu istiqamətlərdə məhsuldar diskussiyalar, müzakirələr aparır, təlimlər kifayət qədər səmimi, eyni zamanda, tələbkarlıq atmosfer şəraitində reallaşdırılır.

Qeyd edək ki, seminar və təlimlərdə Dövlət qulluğuna hazırlıq qaydaları, Korrupsiyaya qarşı mübarizə haqqında qanun, Miqrasiya orqanlarına hazırlıq, Vətəndaşların müraciətləri haqqında qanun, Qanunvericilik, Məntiq, Azərbaycan dili, İnformatika, Tarix və s. önəmli sahələr üzrə münbit dərslər həyata keçirilir. Dövlət qulluğuna hazırlıq üzrə baş vuran bütün gəncləri Əsəd Rüstəmlinin təlim-seminarlarına dəvət edirik.

TEL: 051 395 94 95

Qeyd: Əsəd Rüstəmli ilə əlaqənizi onun rəsmi İnstagram səhifəsi vasitəsi ilə də qura bilərsiniz:

https://www.instagram.com/p/CkxtDS9sdqW/?İgshid=MDJmNzVkMjY

Bütün xəbərlər Facebook səhifəmizdə