Dünyanın ən qabaqcıl şirkətlərindən olan TürkAviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ)Azərbaycan Texniki Universitetində (AzTU) yeni layihəyə başlayıb. Belə ki, icrasına başlanılan “AzTU-Turkish Aerospace, MGP 2023” adlı yeni proqram AzTU tələbələrinətəqdim olunub. SİA xəbər verir ki, tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev TUSAŞ-ın təyyarə layihələri, müdafiə sistemləri və digər fəaliyyətləri haqqında tələbələrə məlumat verib. Bildirib ki, dünyanın ən tanınmış şirkətlərindən olanTUSAŞ-ın AzTU-da icra ediləcək proqramının mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin perspektiv inkişafı üçün müstəsna əhəmiyyəti olacaq.
Rektor qeyd edib ki, proqramda İqtisadiyyat vəidarəetmə fakültəsi istisna olmaqla, digər fakültələrdə bakalavriat (IV kurs), magistratura (I və II kurs) və doktorantura səviyyələrində mexatronika, maşın mühəndisliyi, sənaye mühəndisliyi, maşınqayırma, elektrik-elektronika, radioelektronika, proqram təminatı, metallurgiya və materiallar mühəndisliyi, aerokosmik mühəndislik ixtisasları üzrətəhsil alan əlaçı tələbələr iştirak edə bilərlər.
Daha sonra TUSAŞ-ın “Mühəndis Geliştirme Proqramı”nın (MGP) rəhbərləri Seyhan Gül vəGörkem Mutallip Şimşek çıxış ediblər. Qeyd olunub ki, mühəndislik ixtisasları üzrə kadr potensialının gücləndirilməsi məqsədilə AzTU və TUSAŞ arasında əlaqələlər daha da inkişaf etdirilir. “AzTU-Turkish Aerospace, MGP 2023” proqramında isə ixtisas istiqamətləri bir qədər də genişləndirilib.
Qeyd edək ki, sözügedən proqrama AzTU tələbələri iləyanaşı Milli Aviasiya Akademiyasının (MAA) aerokosmik mühəndislik ixtisası üzrə təhsil alan tələbələri və müəllimləri də cəlb ediləcək.
2023-cü ilin fevral-iyun aylarını əhatə edəcək proqram AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB