DİM-də fənlər üzrə işçi qruplarının iclasları keçirilib

DİM-də fənlər üzrə işçi qruplarının iclasları keçirilib

Oktyabrın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili və informatika fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili fənləri üzrə iclaslarda ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramlar, informatika fənni üzrə iclasda ali məktəblərə qəbul imtahanı proqramı müzakirə edilib.

Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Müzakirələr oktyabrın 17-də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə