"Bütün müsabiqələr oktyabrın 1-dən başlayacaq" - SƏDR AÇIQLADI

"Bütün müsabiqələr oktyabrın 1-dən başlayacaq" - SƏDR AÇIQLADI

“Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrə sosial məsələlər ilə bağlı yardım göstərir, həmçinin onların lahiyələrini qiymətləndirir. Komitə 1974-cü ildən Universitetdə ən köklü və genişmiqyaslı şəkildə fəaliyyət göstərən, eyni zamanda dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatıdır”. SİA xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev bildirib.

Sədr qeyd edib ki, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı olaraq hər il universitretə qəbul olan gənclərə əsasnaməyə uyğun şəkildə üzvlük kartı veririk: “Bu səbəbdən də BDU-ya qəbul olanların hamısı THİK-in üzvüdür. Biz daimi şəkildə üzvlük və komitənin fəaliyyəti ilə 1-ci kursları tanış etmək məqsədi ilə tez-tez görüşlər təşkil edirik. Həmin görüşlər hazırda da davam etdirilir. Bizim bir sıra lahiyələrimiz var ki, onların reallaşdırılması üçün proseslər davam etdirilir. Bu kimi lahiyələrdən biri də “FİRST STEP” müsabiqəsidir. Bu müsabiqə silsiləli şəkildə həyata keçiriləcək. İlk silsiləmiz “First Sciense” adlanır, elmi yöndədir. Bu müsabiqədə iştirak etmək istəyən şəxslər maraqlandığı sahəyə aid material hazırlamalıdır. Müsabiqədə universitetdəki bütün tələbələrə aiddir. Hətta final mərhələsi üçün mükafat da təşkil olunub ki, 1-ci yer 300 manat, 2-ci yer 250 manat, 3-cü yer isə 200 manat təşkil edir. Daha sonra “First step Art” adlı foto müsabiqəmizdir. Burada istənilən mövzuda tələbələr foto və rəsmləri istifadə edə bilərlər. Təbii ki, bu müsabiqəmizin sonunda da qalib şəxslərə mükafatlar təqdim olunacaq. Belə ki, 1-ci yer 250 manat ; 2-ci yer isə 200 manat təşkil edir. Keçirəcəyimiz digər lahiyə isə Şəhidlərimizin əziz xatirəsinə və “8 Noyabr” Zəfər Gününə həsr olunan esse və bədii qiraət müsabiqəsidir. Müsabiqəndə qalib olan 1-ci yerə 250 manat; 2-ci yerə isə 200 manat pul mükafatı veriləcək. Bütün müsabiqələr oktyabrın 1-dən başlayacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə