“Məktəb liderliyi” proqramına yenidən start verilir

Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf mərkəzi ilə birgə gələcəkdə dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün “Məktəb liderliyi” proqramına yenidən sənəd qəbulu elan edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir: nazirlikdən bildirilib ki, proqram müasir çağırışlara cavab verən məktəb liderlərinin hazırlanmasını hədəfləyir. Proqramda iştirak ödənişsizdir.

Beş ildən az olmayaraq dövlət ümumi təhsil müəssisələrində pedaqoji iş stajı olan ali təhsilli şəxslər proqrama müraciət edə bilərlər.

Proqramda iştirak etmək istəyən şəxslər oktyabrın 10-dək qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə