"Bu narahatçılığı da ən çox tələbələr hiss edir" - TƏHSİL EKSPERTİ AÇIQLADI
"Dünyanın qəbul etdiyi vaksinlər var. Bu vaksinlər də Azərbaycanda da tətbiq olunur". Bu sözləri SİA-ya açıqlamasında ekspert İlqar Orucov deyib.
Onun sözlərinə görə, Azərbaycanda ən çox vurulan vaksin "Cinovak" vaksinidir: "Təəssüflər olsun ki "Cinovak" vaksini vurulmuş və "Covid" pasportu almış vətəndaşlarımıza istər Amerika Birləşmiş Ştatlarında istərsə də, bir çox Avropa ölkələrində tanınmır. Bu vaksin məsələsi onun tanınmama səbəbi insanlar arasında çox böyük bir narahatçılığa gətirib çıxarır. Bu narahatçılığı da ən çox tələbələr hiss edir. Bildiyiniz kimi tələbələrimiz, gənclərimiz xarici ölkələrdə təhsil almağa gedirlər və qəbul olduğu ölkələr öz ölkəsində olunduğu vaksini tanımır. Onsuz da pandemiya davam edir, insanlar bu pandemiyaya görə, çox narahatdırlar. Mənim fikrimcə, ən çox da xaricdə təhsil alan tələbələrimiz üçün əlverişli şərait yaradılsın və onlar tam rahatlıqla xarici ölkələrdə təhsillərini davam etdirib, öz ölkəsinə geri dönüb vətəninə, millətinə, dövlətinə yararlı bir fərd olsunlar. Digər bir məsələ isə xarici ölkələrdən bizim ölkəmizə gələn tələbələrin vaksinasiyası ilə bağlıdır. Düşünürəm ki, xaricdən gələn tələbə öz ölkəsində vaksin olubsa, onun burada vaksin olmasına ehtiyac duyulmur".
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB