ADU-da qanvermə aksiyası keçirilir

ADU-da qanvermə aksiyası keçirilir

Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və universitetin Mülki müdafiə kafedrasının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. SİA-nın xəbərinə görə, xeyirxah aksiyada ADU-nun tələbə-müəllim heyəti fəal iştirak edir.

Saat 12-yə olan məlumata görə, aksiyada 34 nəfər iştirak edib və 6 litr 800 qram qan toplanıb. Aksiya zamanı yığılacaq qan ehtiyatı Səhiyyə Nazirliyinin Gematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına təqdim ediləcək.

Davam edən aksiyada iştirak edən tələbələr xəstə, həmçinin ehtiyacı olan insanlara yardım məqsədi ilə həyata keçirilən belə bir aksiyanın iştirakçısı olduqlarına görə fəxr etdiklərini bildirirlər. Gənclərin məlumatlandırılması, gənclər arasında xəstəliklərə qarşı diqqətin artırılması, xəstəliyin qarşısının alınmasında iştirak etmək kimi məqsədlərə xidmət edən qanvermə aksiyasında tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə