Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 22-23 aprel 2011-ci il tarixində Polis Akademiyasında və "Azəryolservis" ASC-də könüllü qanvermə aksiyaları keçirilib.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, aksiyalar zamanı Polis Akademiyasında 51 nəfər, "Azəryolservis" ASC-də isə 54 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB