Yeni yaradılan innovativ dərnəklərin Naxçıvan Qarnizonu tam orta məktəbində təqdimatı keçirilmişdir

Naxçıvan Qarnizonu tam orta məktəbində Heydər Əliyev Uşaq -Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mərasimində məktəbin direktoru Natiq Əhmədov çıxış edərək qeyd etdi ki,məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Cari ilin oktyabrın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlamışdır. Bu məqsədlə muxtar respublikanın ümumtəhsil məktəblərində mərkəzin əməkdaşlarının iştirakı ilə təqdimat mərasimləri keçirilir. Söz mərkəzin əməkdaşları Cabbarova Almaz, Kazımova Şəhlaya verildi.Almaz müəllim “Robotexnika”, “Xalçaçılıq”, “Dulusçuluq”, “Ebru sənəti”, “Metal üzərində bədii döymə”, Ağac üzərində oyma”, “Qum sənəti”, “Gimnastika”, “Memarlıq-dizayn” və başqa yeni yaradılan dərnəklər haqqında slaytlar vasitəsi ilə geniş təqdimat apardı.Təqdimatdan sonra şagirdlərin sualları Mərkəz əməkdaşları tərəfindən cavablandırıldı.Ən çox suallar “Mental aritmetik” və “Robortexnika” dərnəkləri haqqında oldu. Mərkəzin əməkdaşı qeyd etdi ki, “Mental aritmetik” dərnəyi şagirdlərdə sürətli və dəqiq şəkildə hesablama bacarığının artmasını, onlarda riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsini formalaşdıracaqdır. Sürətli oxu dərnəyi isə uşaqlarda daha az zaman ərzində daha çox məlumat öyrənmək, oxunulan məlumatları uzun müddət yadda saxlaya bilmək vərdişlərini inkişaf etdirəcəkdir. Eləcə də “Robortexnika” dərnəyi ilə bağlı verilən suala cavab olaraq Mərkəzin əməkdaşı vurğuladı ki, “Robotexnika dərnəyinin yaradılmasında əsas məqsəd məktəblilərdə müasir biliklərə, yüksək texnologiyalara marağı artırmaqdır. Bu dərnək vasitəsilə şagirdlər dəqiqlik, analitik düşünmə, problem həlletmə, qərarvermə, komanda ilə işləmək kimi bacarıqlar, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı əldə edəcəklər. Onlarda mühəndisliyə maraq yaranacaq, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəetmə bacarığı formalaşacaq, proqramlaşma üzrə bilikləri artacaqdır.

Sonra digər dərnəklər haqqında verilən suallar cavablandırıldı. Şagirdlərin bir qismi yeni dərnəklərə üzv yazılmaq üçün Mərkəzə müraciət edəcəklərini bildirdilər.Sonda tədbir iştirakçıları uşaqların marağında olan yeni yaradılan dərnəklərin açılmasına və həmin dərnəklərin aparılması üçün zəruri avadanlıqların alınmasına görə Naxçıvan MR Ali Məclis Sədrinə öz minnətdarlıqlarını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə