Perunun “La Razón”, “Prensa21” və “FPP” media qurumlarında Azərbaycanın Zəfər Gününün 5-ci ildönümü ilə bağlı məqalələr dərc olunub. Ölkəmizin Perudakı səfirliyindən SİA-ya bildirilib ki, məqalələrin müəllifi Rikardo Sançes Serra 2020-ci il noyabrın 8-nin Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu Qələbənin yalnız hərbi deyil, həm də milli və mədəni dirçəlişin simvolu kimi qeyd edildiyini bildirib. Qeyd olunub ki, 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb və bununla da onilliklər boyu davam edən erməni işğalına son qoyulub.
Müəllif müharibədən sonra Qarabağa səfəri zamanı şahidi olduğu dağıntılardan bəhs edir və bunu “mədəni soyqırımı” kimi səciyyələndirir.
Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını milli prioritet elan edib və Azərbaycan hökuməti regionun yenidən qurulması, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün milyardlarla dollar dəyərində layihələr həyata keçirir. Lakin mina təhlükəsi bu prosesi ləngidir.
Yazıda, həmçinin Prezident İlham Əliyevin “Qarabağ Azərbaycan torpağıdır və bunu bütün dünya qəbul edir” fikri sitat gətirilərək, Azərbaycanın suverenliyinin bərpası böyük siyasi və mənəvi qələbə kimi təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB