Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ötən ay paytaxt və regionlarda daha 654 işsiz və işaxtarana həmin proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.
Verilmiş aktivlər hesabına onlardan 372-si istehsal və xidmət, qalanları kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaradıblar.
Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarəolunmasına dair bilik və bacarıqlar öyrədilir.
Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB