Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Noyabrın 5-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterli intensivdir.

Düşən yağıntının miqdarı Neftçalada 17, Bakıda və Abşeron yarımadasında 16, Cəlilabadda 9, Lerikdə 7, Biləsuvarda 6, Şirvan, Yardımlı, Lənkaran, Astara, Xaçmaz, Qobustanda 2, Daşkəsən, İmişli, Altıağac, Şamaxı, İsmayıllı, Şəmkir, Kürdəmir, Sabirabadda 1 millimetrədək qeydə alınır.

Sumqayıt, Daşkəsən, Şəmkir, Naftalan, Şamaxı, Qobustan, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə