İşğaldan azad olunmuş ərazilərdə həyat sürətlə canlanır. Prezident İlham Əliyevin “Biz Qarabağı cənnətə çevirəcəyik” sözlərinin artıq reallıqda şahidi oluruq. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
"Artıq Zəngilan, Laçın, Füzuli və digər rayonlar da daxil olmaqla, öz doğma yurd-yuvalarına qayıdanlarla birlikdə işğaldan azad edilmiş ərazilərimizdə vətəndaşlarımız daimi məskunlaşıb".
Baş prokuror qeyd edib ki, bu gün Zəngilan da daxil olmaqla, bütün azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri, yaşayış məntəqələrinin bərpası, sosial və iqtisadi inkişafa yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir: "Müasir avtomobil yolları, hava limanları, enerji və su təchizatı xətləri, məktəblər, xəstəxanalar və xidmət obyektləri bu torpaqlarda yeni həyatın təməlini qoyur".
Qeyd edək ki, Zəfərin beşinci ildönümü münasibətilə Baş Prokurorluq tərəfindən Zəngilan Konqres Mərkəzində “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfrans keçirilir. Konfransda Baş prokuror Kamran Əliyev, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın hərbi prokuroru Bəhruz Əhmədov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov, Milli Məclisin deputatları, QHT rəhbərləri, Vəkillər Kollegiyasının üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB