Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri olan "Soul Kitchen Terrace Baku"da Fələstin bayrağı mübahisəsi yaşanıb. SİA xəbər verir ki, belə ki, restoranın qonağı olan xarici müştərilər məkanın onlayn menyusunda dil seçimi bölümündə Ərəb dilinin qarşısında Fələstin bayrağının əks olunmasına etiraz ediblər. Onlar bu bölümdən Fələstin bayrağının dərhal çıxarılmasını, əks təqdirdə restoranı tərk edəcəklərini və "Soul Kitchen Terrace Baku"nu boykot etməyə çağıracaqlarını bildiriblər. Lakin restoranın administrasiyası xarici müştərilərin bu təhdid və tələbinə əməl etməyib. Bu zaman sözügedən müştərilər məkanı tərk edib və özlərinin sosial şəbəkələrdəki səhifələrindən restorana getməməklə bağlı paylaşımlar ediblər.
Buna baxmayaraq, "Soul Kitchen Terrace Baku" öz mövqeyində qalır və menyuda Ərəb dili bölməsi Fələstin bayrağı ilə təqdim edilməyə davam edir. Restoranın bu addımı Fələstin xalqına mənəvi dəstək kimi qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB