Azercell-in dəstəyilə “YAŞAT” Fondu şəhid övladları üçün II İntellektual Marafonunu təşkil edib
1–3 noyabr 2025-ci il tarixlərində “YAŞAT” Fondunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nindəstəyi ilə Quba şəhərində şəhid övladları üçün2-ci İntellektual Marafon keçirilib.
Vətən müharibəsində qazanılan Zəfərinbeş illiyinə həsr olunan bu təşəbbüs 16–23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını bir araya gətirib. Marafonun əsas məqsədi gənclərinintellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eləcə də onların arasında bilik və təcrübə mübadiləsini təşviq etmək olub.
Marafon çərçivəsində Azercell kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim sessiyası keçirib. Şirkətin mütəxəssisləri gənclərlə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması və onlayn təhdidlərdən müdafiə yolları barədə biliklərini bölüşüblər. Bu təşəbbüs Azercell-in gənclər arasında rəqəmsal savadlılığın artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi silsilə sosial layihələrin davamı olub.
Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışları və əyləncə proqramları təşkil olunub. Qaliblər və bütün iştirakçılar mükafat və hədiyyələrlə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
                        
                        
                        
                        
                        
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB