Paytaxtda 10-cu Beynəlxalq Təhsil Yarmarkası keçiriləcək

Paytaxtda 10-cu Beynəlxalq Təhsil Yarmarkası keçiriləcək
Oktyabrın 2-də Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşilatçılığı ilə 10-cu Beynəlxalq Təhsil Yarmarkası keçiriləcək. Bu barədə SİA-ya BTMM-dən məlumat daxil olub. Məlumatda bildirilir ki, təhsil yarmarkası sabah saat 14:00-dan 18:00-dək Landmark otelinin Ratunda zalında təşkil olunacaq.

Yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri və təşilatları bir yerdə və eyni vaxtda toplayıb Azərbaycanın xaricində təhsil almaq imkanalrı haqqında lazımi məlumatla təmin etməkdir. Yarmarkada Azərbaycanda təhsillə məşğul olan aparıcı təşkilatlar iştirak edəcək. Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək, həmçinin yarmarka iştirakçılarını materiallar və bukletlərlə təchiz edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə