Nazir müavini: "Xaricdə təhsil alan məzunlar pedoqoji fəaliyyətlə məşğul olurlar"
"Xaricdə təhsil alan məzunların xidmətlərindən maksimum dərəcədə faydalanmalı və istifadə etməliyik". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov məzunlarla görüşdə çıxış edərkən deyib. O bildirib ki, hər il qəbul proqramının proqnozuna baxanda ingilis dilində tədris olunan fənlərin və ixtisasların sayı artır: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan yüzlərlə gənci hazırda Azərbaycandakı ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar. Bir neçə il bundan əvvəl hər bir məzunla bağlı reyestr, məlumat bazasını formalaşdırmışdıq. Ola bilsin ki, bəzi məzunlar Azərbaycana geri qayıtdıqdan sonra bunu hiss ediblər və ya etməyiblər. Lakin hər bir ilin məzunları ilə bağlı, onların öz ixtisaslarına uyğun olaraq aidiyyatı dövlət qurumlarına, böyük işəgötürənlərə öncədən məlumat verirdik ki, xaricdə dövlət proqram ilə təhsil alan məzunlarımız var. Bunu ilk növbədə ona görə edirdik ki, belə yüksək səviyyəli mütəxəssislər Azərbaycana gəlib işlə təmin edilsinlər".
Nazir müavini qeyd edib ki, sahibkarlıqla bağlı qəbul edilən bir sıra vacib əhəmiyyətli qərarlardan sonra xaricdə təhsil alan məzunlar fəal və aktiv ola bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB