Peşə təhsili haqqında qanun layihəsi hazırlanacaq

Peşə təhsili haqqında qanun layihəsi hazırlanacaq

Milli Məclisdə "Peşə təhsili haqqında" qanun layihəsi üzrə İşçi Qrupu yaradılıb. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli məlumat verib.

İ. Həbibbəylinin rəhbərlik edəcəyi İşçi Qrupuna millət vəkilləri və müvafiq strukturların nümayəndələri daxil edilib.

Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının qarşıya məqsəd kimi qoyulduğunu söyləyib: "İndiyə qədər peşə-ixtisas təhsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib. Bu sahədə qanun ilk dəfə hazırlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə