Mərkəzi Klinika ilə birgə Gəncə Müalicə Diaqnostika Xəstəxanasının cərrahiyyə briqadası Qərb regionunda ilk dəfə olaraq transplantoloji əməliyyat keçirib. Cərrahlar canlıdan canlıya böyrək transplantasiyası edib.
Gəncədə ilk dəfə olaraq sentyabrın 8 –də böyrək çatışmazlığından əziyyət çəkən Şəmkir rayon sakini 53 yaşlı Zahid Əhmədovun üzərində böyrək transplantasiyası həyata keçiriblər. Donorun mövcudluğu vəziyyəti daha da sadələşirib.
Belə ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddət hemodializ seansları alan Zahid Əhmədova bacısı oğlu Rauf Şıxlınskidən alınan böyrək köçürülüb. Əməliyyat uğurla nəticələnib, hazırda xəstənin və donorun vəziyyəti qənaətbəxşdir.
Mərkəzi Klinika, Gəncə Müalicə Diaqnostika mərkəzininin tibbi heyəti ilə birgə Türkiyəli mütəxəssislər də orqan köçürülməsi əməliyyatına dəstək verib. Böyrək transplantasiyasının əməliyyat prosesi 2 mərhələdən ibarət olub. Birincisi donordan böyrəyin alınması, ikincisi isə onun xəstəyə köçürülməsi olub. Eyni vaxtda davam edən əməliyyat 3 saata yaxın davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB