"Bəzi saytlar İP yığma vərdişi olan ajiotaj başlıqlı xəbələrin sehrinə düşüblər" TƏHSİL NAZİRLİYİ
"Bu gün medianın manşet xəbəri olan "Test sistemi ləğv olunur"," Test olmazsa təhsilimiz batacaq" başlıqlı yazıların şahidiyik. Bu yazı müəllifləri ən azından ya ANS-in "Hesabat" verilişinə baxmayıblar, ya da ki, saytların İP yığma vərdişi olan ajiotaj başlıqlı xəbələrin sehrinə düşüblər. Həmin müsahibədə təhsil naziri test sisteminin ləğvi haqqında bircə kəlmə də söz işlətməyib, əksinə müsbət tərəflərini qeyd edib". Bu fikirlər SİA-nın Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavabda öz əksini tapıb.
Nazirlikdən bildirilib ki, əvvəl-axır təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranacaq. Bu testdirmi? Bəli, test ola bilər: "Sadəcə, Mikayıl müəllimin qeyd etdiyi kimi,"uğurlu məzun üçün tələb olunan bir sıra bilik və komptenesiyaları ölçmək qabiliyyətinə malik olan test olsun..". Yəni bu gün xaricdə oxumağa gedən məzunun bilyini "hə" və "yox"larla deyil,yazı-oxu keyfiyyətləri ilə, hər hansı seçim variantları ilə məhdudlaşmayan tənqidi düşüncə tərzi ilə yoxlayırlar. Bu yanaşmanı artıq xarici ölkələrdə çoxdan sınaqdan çıxarırılar. Bizdən xaricə oxumağa gedənlər isə bunu yaxşı bilirlər. Hətta ölkəmizin bir sıra ali məktəblərində bu sınaqlardan keçənlər tələbə adını qazanırlar. Burada söhbət romantik vətənpərvərlikdən getmir, əslində hər iki qurumun -Təhsil Nazirliyinin və TQDK-nın rəhbərlərinin elan etdikləri kimi, tədrisin yeni məzmununu ölçən yeni qiymətləndirmə alətlərindən gedir. Bu gerçəklikdir. Dünyanın ən qiymətli əmtəəsi olan biliyin məzmunu o qədər tez dəyişir ki, onu ölçən vasitə də buna adekvat olmalıdır. Təbii ki, burada qiymətləndirmə prosesində insan amilinin istisna olunması əsas şərtdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB