Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də Respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
TQDK-dan SİA-ya verilən məlumata əsasən IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır.
Şagirdlər əsasən imtahanda iştirak etmək üçün bu sənədləri gətirməlidirlər:
"İmtahana buraxılış vərəqəsi";
şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX siniflərin buraxılış imtahanı haqqında məlumat
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 25192 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2307 nəzarətçi-müəllim ayrılıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB