Ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxılır

Ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxılır

"Ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxılır. Qısa müddət ərzində bu istiqamətdə də yeni layihələr elan olunacaq. Hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni layihənin müzakirəsi həyata keçirilir. Təhsilin keyfiyyətinə nəzarət gücləndirilməli və bu istiqamətdə artıq müəyyən işlər həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Boloniya prosesinə uyğun olaraq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək. O, həmçinin orta ixtisas təhsilində tətbiq olunan yeniliklər barədə danışarkən yeni kolleclərin yaradıldığını deyib: "Bu sahədə təhsilin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Boloniya sistemində nəzərdə tutulan elementlərin orta ixtisas təhsili sistemində də tətbiqinə başlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə